22 C
Baku
Friday, April 19, 2024

Təkbaşına rəhbəri olduğu BOKT ötən ili mənfəətlə tamamladı

“Bank olmayan kredit təşkilatı İDK” MMC 2019-cu il ərzində 187 min manatlıq xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə 2019-cu il üzrə sərbəst auditor kimi cəlb edilən Əliyev Köçəri Əmrah oğlu tərəfindən verilən rəydə deyilir.

Doqquz yaşa keçən BOKT ötən il ərzində verdiyi kreditlərdən əldə etdiyi faiz gəliri 269.43 min manat təşkil etməklə 42.12 min manat (19%) çox daha çox gəlir əldə edib. Kredit təşkilatı ötən il ərzində heç bir faiz ödəmə öhdəliyi olmadğı üçün faiz xərcləri çəkməyib, bunu K.Əliyevin şərhində belə yazırlar.

“BOKT İDK” ötən il kredit faizlərindən gəlir və digər komissiya gəlirləri bütün xərcləri “rahat” qarşılamaqla 186.56 min manatlıq xalis mənfəət qalıb. Bu xalis mənfəətdən sonra bölüşdürülməyən mənfəətin həcmi 842.39 min manat həcmində təşkil edib, cəmi kapitalı da (bunun 700 min manatı niz.kapitalıdır) öz növbəsində böyüməklə 1 milyon 728.95 min manata çatıb.

Kredit təşkilatı Mərkəzi Bankdan 69.03 min manat və təsisçi tərəfindən 80 min manat kredit cəlb edib. Lakin, bu kreditlərdən bir o qədər də “effekti” istifadə edə bilməyib. Buna misal kimi kredit portfelinin, gözləniləndən əks istiqamətə dəyişib. Portfel son bir ildə 1 mln. 289 min manatdan 1 mln. 119 min manata qədər azalmalı olub.

Xatırladaq ki, “Bank olmayan kredit təşkilatı İDK” 2011-ci ildə Əliyar Əsgərov tərəfindən yaradılıb. O, 700 min manat kapitala sahib olan BOKT-un həm təsisçisi və həm də İdarə Heyətinin sədridir.

6 5

Son xəbərlər
Digər xəbərlər