Bankdan ethiyacları olduğu zaman kredit götürə bilməyən şəxslərdən biri də tələbələrdir. Bəzi tələbələrin təqaüd almaqlarına baxmayaraq, yenə də maddi gəlirə ehtiyac duymaları normaldır. Lakin, tələbələr işləmədikləri üçün və banka iş yerindən arayış təqdim edə bilmədiklərinə görə banklar onlara kreditlər ayırmır. Lakin bir neçə bank vasitəsilə təqaüd alan tələbələrin kredit əldə etməyi mümkündür.
Bundan əlavə isə hazırda bir çox bankı misal çəkmək olar ki, bu banklar tələbələrə təhsil haqqını ödəmələri üçün “təhsil krediti” məhsullarını təqdim edirlər.
Bu kreditləri necə əldə etmək olar?
Bir neçə bankın təqdim etdiyi “təhsil krediti” məhsullarını sadəcə tələbənin valideynlərindən biri əldə edə bilər. Kredit götürmək istəyən valideyn isə öz növbəsində banka tələb olunan sənədləri təqdim etməlidir. Məbləğdən asılı olaraq isə hətta iş yeri olan zamin belə tələb oluna bilər. Bankdan götürdüyünüz təhsil krediti isə birbaşa olaraq tələbənin təhsil aldığı müəssisənin hesabına köçürülür. Lakin buna, bankların tələbələrə kredit verdiyini demək olmaz. Çünki, tələbə sırf öz adına kredit əldə edə bilmir. Yəni buradan belə çıxır ki, bu kreditlərdən tələbələrə verilmir, sadəcə validenyini hesabına bu krediti əldə etməkləri mümkündür.
Bəs tələbə necə kredit götürə bilər?
Hazırda bir neçə bankdan sadəcə tələbə təqaüd kartına əsasən kredit əldə edə bilər. Bəs təqaüd kartı ilə hansı şərtlərə əsasən kredit verilir? Təqaüd kartı ilə kredit əldə edə biləcəyiniz banklardan biri isə Para Bankdır. ParaBank –ın qrup kreditini xatırladan bu kredit məhsulu sayəsində bir neçə qrup yoldaşı birləşərək Para Bankın “Təhsil kreditini ” əldə edə bilər. Bu krediti tələbələrin təqaüd kartına əsasən verilir. Bu zaman 12 ay müddətinə maksimum 2 000 AZN əldə edə bilərsiniz. Həmçinin sentyabr ayında edəcəyiniz ödənişə görə sizə 3% endirim olunacaq.
Həmçinin siz təhsil haqqınızı ödəmək üçün Unibank-ın taksit kartı olan Albalı Plus kartından da faydalana bilərsiniz. Bu zaman Albalı Plus kartınızdakı məbləğ təhsil müəssisəsinin hesabına köçürüləcəkdir. Kreditinin müddəti 6- 12 aylıqdır. Bu zaman siz təhsil haqqınızı hissə-hissə ödəmək imkanı əldə edəcəksiniz.
Bank of Baku is tələbələr üçün balansı 250 AZN olan tələbə kartı təqdim edir. Kartın qiyməti 8 AZN müddəti isə 12 aydır.
Bankın təqdim etdiyi bu kartı sadəcə Bakı və Sumqayıt şəhərlərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr əldə edə bilərlər. Sonuncu kursun 2-ci semestrində təhsil alanlara isə kredit kart verilmir.
Kart əldə edə bilməyiniz üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi,
- Universitetlərin Mühasibatlıq şöbələri tərəfindən verilən, tələbənin təqaüd almasını təsdiqləyən arayış,
- Qiymətlər əks edilmiş sənəd və ya Tələbə bileti (möhür və digər imzalar sənədin qüvvədə olduğunu əks etdirməlidirlər).
Tələbələr üçün balansı 700 AZN olan Albalı kartı isə Unibank təqdim edir. Bank əlaçılar üçün 700 AZN, zərbəçilər üçün isə 450 AZN məbləğ ayırır. Kartın müddəti 3-12 ay, bank komissiyası 10 AZN,illik faiz isə 30%-dir. Kartın qiyməti isə pulsuzdur.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi,
- Tələbə bileti və təqaüd haqqında arayış.
Təqaüd ilə verilən kreditləri isə tələbə sırf öz adına əldə edə bilər. Bankların tələbələr üçün təqdim etdiyi məhsullar haqqında tanış etdik. Sonda isə hansı bank sizə daha uyğundursa, həmin banka da müraciət edə bilərsiniz.