Rabitabank ASC
Təlim və İnkişaf Şöbəsinin Rəisi
Əsas vəzifələr:
Bankın təlim və inkişaf strategiyasının müəyyən edilməsində iştirak etmək;
Bankın təlim mərkəzinin fəaliyyətini qurmaq, idarə etmək və təkmilləşdirilmək;
Bank daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edərək əməkdaşlar (o cümlədən menecment) üçün təlim və inkişaf proqramlarını hazırlamaq və tətbiqini təmin etmək;
Keçirilmiş təlimlərin effektivliyinin ölçülməsinə dair qiymətləndirmə sistemini yaratmaq;
Təlim planı üzrə nəzərdə tutulmuş müəyyən təlimləri aparmaq;
Tələblər:
Ali təhsil;
Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (iri təşkilatlarda iş təcrübəsinə üstünlük verilir);
Lahiyələrin və tədbirlərin təşkili və idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
İdarəetmə və liderlik qabiliyyəti;
Təlimçi kimi təcrübəyə malik olmalı;
Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
Yaradıcı və təşəbbüskar olmalı;
Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini ca[email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33