10 C
Baku
Thursday, December 12, 2024

Təlimçi – ( rekrutinq və təlim şöbəsinin mütəxəssisi) – Ateshgah Sigorta

Təlimçi – ( rekrutinq və təlim şöbəsinin mütəxəssisi)

Namizədə tələblər

• Yaş: 25 – 30
• Təhsil: Ali
• İş təcrübəsi: minimum 2  il
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili ( Əla ), Ingilis dili (Arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• İşçilərin təhsil ehtiyaclarını müəyyən olunması, müvafiq təlim proqramlarının və təhsil modullarının hazırlanması və icrası
• Müvafiq testlərin hazırlanması və tətbiq olunması
• Təhsil  tədbirlərinin (təlimlər, məlumat sessiyaları, seminarlar və s.) təşkili və keçirilməsi
• Əməkdaşlar arasında sorğu, yarışlar və test imtahanlarının keçirilməsi
• Müxtəlif tədris materiallarının (kitab, jurnal və s.) sifarişi, tədris xarakterli məqalələrin və materialların personala göndərilməsi
• Təhsil materiallarını tərcüməsi, yenilənməsi və uyğunlaşdırılması
• Daxili və xarici təhsil tədbirləri üzrə qeydiyyatın aparılması, hesabatların hazırlanması, sənədlərin arxivləşdirilməsi
• İşçilərin xarici təhsil tədbirlərində iştirakını təmin etmək məqsədi ilə təhsil bazarında araşdırma və təhlil prosesinin həyata keçirilməsi, tələb olunan inzibati sənədləşdirmə işlərinin (müqavilə, ödəmə sənədləri, qəbul aktları və s. hazırlanması və təsdiqi) icrası
• İşçilərin təhsili və inkişafı üçün yeni layihə və təkliflərin hazırlanması
• Əməkdaşların qeyri-maddi motivasiyası üzrə tədbirlərin hazırlanması və icrası

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təlimçi” qeyd etmələri xahiş olunur

Son xəbərlər
Digər xəbərlər