6 C
Baku
Sunday, December 15, 2024

“Təmiz Şəhər” Şuşa üçün 5 milyon manatlıq yeraltı konteyner aldı

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti “Hayat Group” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4 668 080 manatdır.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Son xəbərlər
Digər xəbərlər