Missuri universitetinin alimlərinin apardığı araşdırmaya görə insanların genləri onların davranışlarına birbaşa olaraq təsir edir. Alimlər eksperiment üçün təcrübə obyekti olaraq siçanlardan istifadə etmişlər. Onlar bu gəmiricilərin ən fəallarını seçmiş və onları cütləşdirmişlər. Bununla belə ən zəif siçanlar da cütləşdirilmişdir.
Gəmiricilərin 10 nəslindən sonra alimlər siçanların fəallıqlarını müqayisə etmişlər. Belə məlum olur ki, “fəal” nəsildən olanlar “zəiflərdən” daha çox fəallıq göstərmişdir. İki nəslin genlərinin müqayisəsi tamamilə müxtəlif cəhətləri əks etdirmişdir.
Nəticədə beyinin eyni bir hissəsində olan 17 min müxtəlif gendən alimlər yalnız 36-sının fiziki fəallıq və motivasiyaya təsir etdiyini təyin etmişlər. Alimlərin fikrincə, tənbəllik genetik olaraq keçə bilər.
Amerikalı alimlərin gümanlarına əsasən, onların araşdırmaları insanların piylənməsinə səbəb olan gizli səbəbləri aşkar etməyə kömək edə bilər.