16 C
Baku
Thursday, March 28, 2024

Tənhalığa qarşı mübarizə texnologiyaları 2021-ci ilin əsas tendensiyası seçilib

Koronavirus pandemiyasının başlaması özünü tənha hiss edənlərin sayının artmasına səbəb olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəəbər verir.

Bu vəziyyət psixoloji sağlamlıq problemlərinin daha geniş yayılması ilə nəticələnə bilər, buna görə 2021-ci ilin əsas tendensiyalarından biri də tənhalığa qarşı mübarizə texnologiyalarıdır.

“2020-ci il bizə tənhalığın cəmiyyətin sağlamlığının əsas problemlərindən biri olduğunu göstərib. Şübhəsiz ki, 2021-ci ildə tənhalığa qarşı mübarizə texnologiyalarına tələb artacaq. Bunun fonunda elektron səhiyyə bazarı oyunçularının yeni zehni sağlamlıq alətləri və xidmətlərini inkişaf etdirəcəyini və tətbiq edəcəyini təxmin edirik”, – deyə “Telonor” şirkətinin araşdırma şöbəsinin rəhbəri Byorn Taale söyləyir.

Mütəxəssislərin sözlərinə görə, 5G şəbəkəsinin olduğu ölkələrdə holoqrafik rabitə və virtual reallıq texnologiyalarından istifadənin ilk nümunələri tezliklə ortaya çıxacaq.

Söhbət tənha insanlar üçün nəzərdə tutulmuş “chat-bot”lardan gedir. Bu, süni intellektə əsaslanan fərdi köməkçilər olacaq. Onlar sualları cavablandıra, zəng edə və hətta müxtəlif əyləncələr təklif edə biləcəklər.

“Telenor” mütəxəssisləri parollara daha məsuliyyətli yanaşma, çevik iş rejiminə keçid, qlobal istiləşmə ilə mübarizə üçün “yaşıl” texnologiyalar və 2021-ci ildəki əsas tendensiyalar arasında yeni məsafəli rəqəmsal təhsil metodlarının sayının artmasını da müəyyənləşdirdilər.

Son xəbərlər
Digər xəbərlər