1 C
Baku
Saturday, December 14, 2024

Təqaüd fondları

Bazar iqtisadiyyatının əvəzedilməz atributlarından biri əmək qabiliyyəti olmayan əhalinin təqaüd ilə təmin olunmasında ifadə olunan sosial müdafiəsinin inkişaf etmiş sistemidir. İnkişaf etmiş ölkələrdə təqaüd sistemi həm dövlət, həm də qeyri-dövlət təqaüd fondları vasitəsi ilə təşkil olunub. Lakin onların nisbəti hər bir ölkədə fərqlidir.

Məsələn, Yunanıstanda, İspaniyada, Fransada, Portuqaliyada və İtaliyada əhalinin təqaüdlə təmin olunmasında əsas öhdəlik dövlət sisteminin payına düşür. O əhalinin yüksək sosial müdafiəsini təşki edir və bu sistem yetərincə yaxşı inkişaf etmiş hesab edilir. Şəxsi rüsumlardan asılı olan və sahibkarların müəyyən dərəcədə maraqlarına əsaslanan sosial sığortalanmanın inkişafı yavaş gedir.

Bir sıra ölkələr digər modelə üz tuturlar. Məsələn, Böyük Britaniyada və Hollandiyada insanların əksəriyyəti qeyri-dövlət təqaüd fondlarının xidmətindən yararlanırlar. Bu fondlara sonradan təqaüdlərin ödənilməsi üçün vəsaitlər yatırılır. Adətən vəsaitlər müştərilərin şəxsi hesablarına bölüşdürülür və orada yığılmağa başlayır. Təqaüdlər toplanmış məbləğlər çərçivəsində və müqavilədə qeyd olunmuş ödəmə planı ilə ödənilir.

Son xəbərlər
Digər xəbərlər