14 C
Baku
Thursday, March 28, 2024

Təqaüdçülərin kartındakı pulları mənimsəyən şəxs saxlanılıb

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb.

DIN-dən verilən məlumata görə, Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub. Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb. Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib. T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur.
Bir daha vətəndaşların diqətinə çatdırırıq ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər