9 C
Baku
Thursday, December 12, 2024

Təqdim edilən mallara görə vergi azadolması tətbiq olunurmu?

Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Banker/az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Buna əsasən, işğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərən vergiödəyicisinə təqdim edilən mallara görə vergi azadolması tətbiq olunmur.

Son xəbərlər
Digər xəbərlər