15 C
Baku
Friday, April 26, 2024

Tərtərdə qanunsuz ət satışı ilə bağlı reydlər keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişlərinin yeri icra orqanlarının əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Tərtər rayonunda qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər