1 C
Baku
Saturday, December 14, 2024

Təsərrüfat işləri üzrə mütəxəssis – Bank Respublika ASC

Bank Respublika” ASC “Təsərrüfat işləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Filialda təsərrüfat işlərinin görülməsi (lampaların dəyişdirilməsi, generatora nəzarət etməsi, filiala lazımı olan dəftərxana ləvazimatları ilə təmin etmək və digər;
• Ofisdə sınan və düzəlməsi mümkün olan əşya və avadanlıqların düzəldilməsi;
• Filiala təhkim olunmuş nəqliyyat vasitəsinin idarə edilməsi;
• Daşınmaz əmlakın dövlət reyestri xidmətindən və notariat kontorlarından sənədlərin götürülməsi;

Namizədə qarşı tələblər:

• İş təcrübəsi; aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi;
• Azərbaycan dili – (əla);
• Avtomobil idarəetmə bacarığı və B kateqoriyalı sürücülük vəsiqəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Təsərrüfat işləri üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər