“PAŞA Sığorta” ASC Ali məktəbdə bakalavr və habelə magistraturada təhsil alan və təcrübə keçmək arzusunda olan tələbələri Təşkilati Strategiya və Layihələrin İdarəolunması Departamentində təcrübə keçməyə dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Şirkət üzrə strategiyanın icrası ilə bağlı hesabatların hazırlanmasında dəstək;
• Şirkətin aylıq fəaliyyəti ilə bağlı iclasların inzibati təşkili;
• Şirkət daxili layihələrin və təşəbbüslərin icrasında dəstək;
• Layihələrin və təşəbbüslərin inventarizasiyasının aparılması;
• Şirkət daxili kommunikasiya platformasının yaradılmasında dəstək;
• Departamentin fəaliyyət metodologiyalarının təkmilləşdirilməsi və tədbiqi.
Bilik və bacarıqlar:
• İqtisadiyyat istiqaməti üzrə bakalavr/magistr təhsili alan tələbələr;
• Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə biliklərin olması;
• Dil bilikləri – Azərbaycan, rus və ingilis dillərinin mükəmməl olması;
• Riyazi biliyə, analitik və məntiqi düşüncəyə malik olması;
• Excel və POWER BI proqramlarını yüksək səviyyədə bilən namizədlərə üstünlük verilir.
Son müraciət tarixi: 21 iyul, 2017.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.