-1 C
Baku
Sunday, December 15, 2024

Təyinat. İkiqat böyüdülən “Azərkosmos”un biznesinin inkişafına bu şəxslər nəzarət edəcək

2020-ci ilin fevral ayından etibarən “Azərkosmos” ASC-nin Biznesin inkişafı departamentinin direktoru təyin olunub. Banker.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu günə qədər Marketinq departamenti direktoru olan Fuad Aslanov təyin olunub.

O, 2018-2020-ci illərdə “Azərkosmos”un Marketinq departamentinin direktoru vəzifəsində işləyib. 2017-2018-ci illərdə  “Azərkosmos”un Satış və biznes əməliyyatları departamentinin direktoru vəzifəsində işləyib. 2015-2017-ci illərdə “Azərkosmosda Marketinq və biznesin inkişafı üzrə menecer vəzifəsində işləyib. 2010-2014-cü illərdə “Azercell” MMC-də Biznesin təhlili, qiymətləndirmə və pərakəndə satışın təşkili departamentində mütəxəssir vəzifəsində işləyib. Həmçinin məlumat bazalarının təhlili, müştəri məlumatları və davranışlarının idarə edilməsi və tətbiqi, və digər seqmentasiya, proqnozlaşdırma modelləri üzrə layihələrdə çalışıb. Fuad Aslanov Telia Sonera Avrasiya analitik təcrübə mübadiləsi platforması və Telia Sonera beynəlxaq istedadlar qrupunun üzvü olub. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetində İqtisadı Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2006-2008-ci illərdə İqtisadiyyat ixtisası üzrə Macarıstandakı Mərkəzi Avropa Universitetində magist dərəcəsini almış, daha sonra 2013-cu  ildə İsvecdəki KTH Royal Texnoloqiya İnstitutunun Biznes və kommunikasiya texnologiyaları ixtisası üzrə Mini-MBA dərəcəsinə yiyələnib.

Aslanovun direktor olduğu Marketindəki bu post isə əvvəllər Korporativ kommunikasiya  departamentinin direktoru olmuş Aysel Soltanovaya həvalə edilib.

2014-2020-ci illərdə “Azərkosmos”un Korporativ kommunikasiya departamentinin direktoru vəzifəsində işləyib. 2011-2014-cü illərdə Procter and Gamble Azərbaycan şirkətinin Brend Əməliyyatları Şöbəsində Media menecer vəzifəsində işləyib. 2009-2011-ci illərdə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Əmək Təşkilatında çalışıb. Əmək fəaliyyətinə 2006-cı ildə BP Azərbaycan şirkətinin Əlaqələr və Xarici İşlər şöbəsində başlayıb. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Amerikanşünasliq ixtisası üzrə alıb. Daha sonra təhsilini Macarıstandakı Mərkəzi Avropa Universitetində davam etdirib və Dövlət Siyasəti ixtisasi üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, “Azərkosmos” ASC-nin nizamnamə kapitalı 105 695 280 manat və yaxud 2,66 dəfə artırılıb. Şirkətin kapitalı 63 610 600 manatdan 169 305 880 manata çatdırılıb.

“Azərkosmos” ölkə prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə, 2011-ci ildə yaradılıb, Cənubi Qafqazda ilk peyk operatorudur. Şirkətin məqsədi telekommunikasiya peyklərinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsidir. Hazırda səhmdar cəmiyyəti 2 telekommunikasiya peykinə (“Azerspace-1”, “Azerspace-2”) və 1 yer səthinin məsafədən müşahidə peykinə (“Azersky”) malikdir.

Son xəbərlər
Digər xəbərlər