25 C
Baku
Friday, April 19, 2024

Təyinat. “Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer

“Kapital Bank”ın rəhbərliyindən “AFB Bank”a transfer olub.

“Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri İqbal Rüstəmov “AFB Bank”a əməlliyyat işləri üzrə sahə rəhbəri təyin edilib. Banker.az bu barədə Fed.az-a istinadən xəbər verir.

O artıq iyul ayının əvvəlindən etibarən yeni vəzifəsinin icrasına başlayıb. Məlumata görə, sözügedən vəzifə “AFB Bank”da idarə heyətinin sədr müavini vəzifəsinə bərabər hesab edilir.

Qeyd edək ki, İqbal Rüstəmov bu ilin aprel ayında “Kapital Bank”ın idarə heyəti sədrinin müşaviri təyin edilmişdi. Bundan əvvəl isə Bank Məhsulları departamentinin direktoru vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər