23 C
Baku
Tuesday, April 23, 2024

AFB Bank-da daha bir peşakarı öz komandasına cəlb etdi

AFB Bank ASC daha bir peşəkar kadrı öz komandasına cəlb etdi. 

Banker.az bu barədə bankdan əldə etdiyi məlumata istinadən xəbər verir.

Musa Xudiyev  21.01.2020-ci il tarixindən etibarən Bankın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsi üzrə işə qəbul edilib. 

Bank sahəsində 13 illik təcrübəyə malik olan Musa Xudiyev  “Zaminbank” ASC – də bir sıra vəzifələrdə, “Bank Standard” QSC – də rəhbər vəzifələrdə, son olaraq isə “Rabitəbank” ASC-də Filialların idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışmışdır.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər