7 C
Baku
Sunday, December 15, 2024

Təyinat: “Yapı Kredi Bank”dan İcbari Sığorta üzrə Dövlət Agentliyinə transfer olub

Azərbaycanda icbari tibbi sığortanın tətbiqini həyata keçirən İcbari Sığorta üzrə Dövlət Agentliyinin strukturunda yeni təyinat olub.

Banker.az-ın xəbərinə görə, İbrahim İbrahimov İnformasiya sisteminin idarə edilməsi departamentinə rəhbər təyin edilib.

O, bu vəzifənin icrasına 2021-ci ilin mayından başlayıb.

İ.İbrahimov, 2014-cü ildən “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışır. 2020-ci ilin oktyabrından isə AXK, DWH/MIS proqram təminatı departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, İcbari Sığorta üzrə Dövlət Agentliyinin strukturunda 9 departament, 1 idarə və 1 şöbə var.

Son xəbərlər
Digər xəbərlər