21 C
Baku
Thursday, May 9, 2024

Tacikistan Əfqanıstana 69 milyon dollarlıq elektrik enerjisi satacaq

Bu il Tacikistan Əfqanıstana 69 milyon dollar dəyərində 1,5 milyard kVt/s elektrik enerjisi satacaq.

Bununla bağlı Tacikistanın “Barki Tocik” və Əfqanıstanın “Da Afghanistan Breshna Sherkat” şirkətləri arasında saziş imzalanıb.

Məlumatda bildirilir ki, 2021-ci ildə Tacikistan Əfqanıstana 94 milyon dollar dəyərində elektrik enerjisi satıb.

Qeyd olunur ki, tələbat olacağı halda Tacikistan Əfqanıstana verəcəyi elektrik enerjisinin həcmini artıra bilər.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər