Tacikistan Əfqanıstana humanitar yardım olaraq 1000 ton un göndərib.
Bu barədə cümə axşamı BMT-nin Ümumdünya Ərzaq Proqramının saytında məlumat verilib.
“Tacikistan hökuməti Əfqanıstana 1000 tondan çox buğda unu göndərib. Bu humanitar yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə verilib və bu ölkənin 120 min ehtiyacı olan vətəndaşı arasında paylanıb”, – deyə hesabatda deyilir.