22 C
Baku
Wednesday, October 29, 2025

Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.

69019b5ee3a5769019b5ee3a58176171299069019b5ee3a5569019b5ee3a56

Son xəbərlər
Digər xəbərlər