Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 100-ü ötüb.
Sentyabrın 17-si səhər saatlarına olan məlumata görə, qarşıdurmalar zamanı 103 nəfər yaralanıb.
Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 14-ü başlayıb. Hər iki ölkənin hərbçiləri arasında atışma Qırğızıstanın Batken vilayətinin eyniadlı bölgəsinin 3 hissəsində qeydə alınıb. Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 24 nəfər həlak olub. Bununla yanaşı, münaqişə zonasından 136 mindən çox vətəndaş təxliyə olunub.