11 C
Baku
Sunday, November 17, 2024

Abbas İbrahimov

Qisa informasiya

Abbas İbrahimov, 1981-ci il, iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

Azərbaycanda bank sahəsində peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Bank of Baku-da İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsində çalışmışdır.

2015-ci ildə “Bank of Baku”nun İdarə Heyətinin sədri vəzifəsinə keçmişdir. Abbas İbrahimov 2016-cı ilin dekabr ayından  Azərbaycan Beynəlxalq Bankında İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər