32 C
Baku
Tuesday, July 16, 2024

Adil Əliyev

Qisa informasiya

Adil Abış oğlu Əliyev – 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirmişdir. «İgidliyə görə» medalı ilə təltif edilmişdir. Rus dilini bilir.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür.

Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləmişdir. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olmuşdur. 2002-ci ildən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışmışdır.

Bitərəfdir.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Milli Məclisin Gənclər və idman komitəsinin sədridir. Azərbaycan-Qazaxıstan  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər