“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir.
2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyətə göstərməkdədirlər.
| Kommersiya qurumunun adı | “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti |
| Digər adları | EKOL |
| VÖEN | 1600506211 |
| Vergi uçotu orqanının adı | İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi |
| Təşkilati-hüquqi forması | Qapalı səhmdar cəmiyyəti |
| Hüquqi ünvanı | AZ1030, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 1 |
| Nizamnamə kapitalı | 4072200.00 AZN |
| Müşahidə Şurası | |
| Baş Direktor | Ramil Əliyev Cavanşir oğlu |
| Dövlət qeydiyyatına alındığı tarix | 17.04.2006 |
| Səhmdar(lar)/təsisçi(lər) | · SOCAR (51%)
· “Lancer Services S.A.”, Almaniya (49%) |
| Qeyd: | |
| Audit/Maliyyə Hesabatları | |
| 2022 | |