
Emil Məsimov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirmiş və təhsilini Bakı Dövlət Universitetində davam etdirərək 2007-ci ildə magistr dərəcəsi almışdır. 2013-cü ildə İngiltərinin Kembric şəhərində Mini-MBA təlimlərini uğurla başa vurduqdan sonra O, İngiltərənin Mançester Universitetində təhsilini davam etdirmiş və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə cənab Məsimov “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Cənab Məsimov 2022-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olmuşdur.