“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktor müavini (22 dekabr 2021)
27 iyul 1976-cı ildə Şabranda anadan olub;
Təhsili:
Siyəzən rayonunun Gilgilçay qəsəbə orta məktəbindən məzun olub (1993);
Bakı Avrasiya Universitetinin ali təhsilin bakalavr pilləsi üzrə “Beynəlxalq münasibətlər” fakültəsində təhsil alıb (1993 – 1997);
Ali magistr təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” ixtisasını fərqlənmə diplomu ilə bitirib (2004-2007).
Əmək fəaliyyəti:
“Bakpet” MMC-də direktor müavini (2006 – 2014);
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC-də müxtəlif vəzifələrdə, “Funksional yardımçı xidmətlərlə iş” şöbəsinin müdiri, daha sonra “ASAN Həyat Kompleksləri və Funksional Yardımçı Xidmətlər ilə iş” departamentinin müdiri vəzifələrində çalışıb (2014 – 2019);
“My Broker” MMC-nin Baş direktoru (2019 – 2020);
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və komersiya” departamentində Marketinq və satış şöbəsinin müdiri (16 sentyabr 2020 – 22 dekabr 2021).