“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktor müavini təyin edilib.
Banker.az xəbər verir ki, İlqar Vahabov 22 dekabr 2021-ci il tarixində qeyd edilən departamentin direktorunun müavini təyin edilib.
İlqar Vahabov 27 iyul 1976-cı ildə Şabranda anadan olub. 1993-cü ildə Siyəzən rayonunun Gilgilçay qəsəbə orta məktəbində orta təhsil alıb. 1993-1997-ci illərdə Bakı Avrasiya Universitetinin ali təhsilin bakalavr pilləsi üzrə “Beynəlxalq münasibətlər” fakültəsini, 2004-2007-ci illərdə ali magistr təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2006-2014-cü illərdə “Bakpet” MMC-nin direktor müavini, 2014-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC-də müxtəlif vəzifələrdə, “Funksional yardımçı xidmətlərlə iş” şöbəsinin müdiri, daha sonra “ASAN Həyat Kompleksləri və Funksional Yardımçı Xidmətlər ilə iş” departamentinin müdiri vəzifələrində çalışıb. 2019-2020-ci illərdə “My Broker” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. 16 sentyabr 2020-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və komersiya” departamentində Marketinq və satış şöbəsinin müdiri vəzifəsinə təyin olunub.