İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
1975-ci ildə Gəncədə anadan olub;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.
Təhsili:
Xəzər Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə (1992-1996);
Alabama Universitetində Siyasi elmlər ixtisası üzrə (1995-1996);
Bakı Dövlət Universitetində Hüquq ixtisası üzrə (1993-1998);
ABŞ-ın Perdyu Universitetində Amerikan xarici işlər tarixi ixtisası üzrə (1997-1999);
Corc Vaşinqton Universitetinin Hüquq məktəbində hüquq ixtisası üzrə (1999-2000).
Əmək fəaliyyəti:
“Wicklow Group Service” (1 il 1 ay), “Arthur Andersen” (hüquq və vergi məsləhətçisi kimi – 1998), “Azpetrol” (3 ay), “Salans” (4 il 2 ay), “CRA Group” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb;
“EUPEC PipeCoatings Azerbaijan” MMC-də baş direktorun müavini (3 il 1 ay);
“BP Azərbaycan”da hüquq məsləhətçisi (1 il 4 ay);
“PrimeGroup” MMC-nin təsisçisi (4 il 11 ay);
Sumqayıt Texnologiyalar Parkında biznesin inkişafı və layihələrin idarə olunması üzrə məsləhətçi (1 il 3 ay);
Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2016);
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində nazir müşaviri (8 ay);
İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası Məsləhət Şurasının üzvü (2 il 10 ay);
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini (1 il 6 ay);
Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun Müşahidə Şurasının üzvü və Apellyasiya Şurasının üzvü (1 il 6 ay);
“Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin üzvü (9 ay).