4 C
Baku
Tuesday, December 24, 2024

Mustafa Abbasbəyli

Qisa informasiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri

Abbasbəyli Mustafa Aslan oğlu

2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

1996-cı ildə Gəncə şəhəri 12 saylı orta məktəbi bitirib.

1996 – 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

2000 – 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə təhsil alıb.

2001 – 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.

2004 – 2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda aspirant olaraq təhsil almışdır. 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2012 – 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib.

Əmək fəaliyyəti

2004 – 2005-ci illərdə Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq əmək fəaliyyətinə başlamış, 2005 – 2010-cu illərdə şirkətin Hüquq və sığorta hadisələri departamentinin rəhbəri, 2010 – 2011-ci illərdə İdarə heyətinin üzvü, 2011 – 2014-cü illərdə şirkətin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

2011 – 2014-cü illərdə “Standard İnsurance Georgia” Sığorta Şirkətinin Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

2014 – 2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

2016 – 2018-ci illərdə Beyli Group şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

2018 – 2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

2019 – 2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Bununla bərabər, 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasında müəllimdir.

İctimai fəaliyyəti

2002 – 2003-cü illərdə azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olub.

2008 – 2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri olub.

2010 – 2013-cü illərdə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü olub.

2015 – 2018-ci illərdə “Caspian European Club”ın İdarə heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş direktoru olub.

2007 – ci ildən hal-hazıradək Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

2014 – cü ildən hal-hazıradək Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər şurasının sədridir.

2018 – ci ildən hal-hazıradək UNEC Sığorta məktəbinin direktorudur.

 

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər