6 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Rəşad Əzizov

Qisa informasiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin innovasiyalar və rəqəmli inkişaf şöbəsinin eks rəhbəri (şöbənin indiki adı: strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi).

Təhsili:

  • 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.
  • 2000-2002-ci illərdə Bakı Dövlət Universitetində Dövlət hüququ ixtisası üzrə magistratura təhsili alıb.
  • 2003-2007-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində Hüquq üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəlsəfə dokturu dərəcəsinə yiyələnib (Hüquqi tənzimləmə: informasiya aspekti).
  • 2010-2017-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində e-hüquq üzrə təhsil alaraq, hüquq elmləri doktoru dərəcəsinə yiyələnib (İnternetin hüquqi tənzimlənməsi: müqayisəli və tarixi təhlil).

Əmək fəaliyyəti:

  • Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində böyük məsləhətçi (7 il 8 ay)
  • Milli Məclisdə informasiya məsələləri sektorunun rəhbəri (2 il 2 ay)
  • Milli Məclisdə AB inteqrasiya sektorunun müdiri (9 il 10 ay)
  • Nəqliyyat, rabitə və yüksək texnlogiyalar nazirliyində innovasiyalar və rəqəmli inkişaf şöbəsinin rəhbəri (3 il 9 ay)
  • YUNESKO “Hər kəs üçün informasiya” proqramında Milli alt Komitə (Azərbaycan) sədri (2 il 9 ay)
  • Heydər Əliyev Fondu, Regionların İnkişaf İctimai Birliyində innovasiya və dijitallaşma üzrə mütəxəssis (2 il 5 ay)
  • Bakı Dövlət Universitetində Rəqəmsal hüquqlar fənni müəllimi.

 

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər