Azərbaycanlı iqtisadçı, Vl çağırış Azərbaycan Milli Məclisinin deputatı.
13 iyun 1975-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.
Təhsili:
İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində alıb.
Orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb.
1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
1997-ci ildə ADİU-nun aspiranturasına daxil olub.
2002-2004-cü illərdə ABŞ-n Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 19 mart 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib.
2004—2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib.
ABŞ-də təhsil alan zaman yeni instutsional iqtisadiyyat üzrə tədqiqatlarda fərqləndiyinə görə Nobel mükafatçısı, dünyaca tanınmış iqtisadçı Ronald Kosun imzaladığı xüsusi diploma da layiq görülüb.
“Avstriya Liderlik Proqramları”nın ilk azərbaycanlı məzunudur.
Əmək fəaliyyəti:
Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub.
Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi və sədri (Azərbaycanda ilk beyin mərkəzi)
2010-cu ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) Vüqar Bayramovu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib.