18 C
Baku
Wednesday, April 24, 2024

Xəyalə Nağıyeva

Qisa informasiya

PAŞA Bank-İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı

Vəzifədə: 1 mart 2018-ci il tarixindən

Xəyalə Nağıyeva, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr və Biznesin İdarə Edilməsi fakültəsini fərqlənmə ilə bitirmişdir. 2002-ci ildə Xəyalə Nağıyeva təhsilinin bir qismini Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Corc Soros Fondunun təqaüd proqramı çərçivəsində ABŞ-da almışdır.

2003-2006-cı illərdə xanım Nağıyeva Deloitte MDB şirkətində maliyyə auditoru kimi çalışmışdır. Bu dövr ərzində o, Azərbaycan və digər MDB ölkələrində yerli və xarici banklar, sığorta, neft-qaz şirkətləri, inşaat, otelçilik və əmlak sektorlarında fəaliyyət göstərən müəssisələrə audit xidmətləri göstərib. 2007-ci ildən başlayaraq xanım Nağıyeva öz peşə fəaliyyətini Deloitte MDB şirkətinin maliyyə xidmətləri bölməsində baş məsləhətçi kimi davam etdirib. Xanım Nağıyeva Qazaxıstanın Almatı şəhərində bir neçə yerli və beynəlxalq şirkət üçün maliyyə xidmətləri layihələrində iştirak edib və daha sonra Deloitte MDB-nin Azərbaycan üzrə maliyyə məsləhətləri bölümünə rəhbərlik edib. Bu dövr ərzində xanım Nağıyeva biznesin təhlili və qiymətləndirilməsi, kompleks audit, biznesin modelləşdirilməsi və digər növ maliyyə məsləhətləri üzrə müxtəlif təlim proqramlarında iştirak edib və yerli və beynəlxalq şirkətlərə xidmətlər göstərib.

Eyni zamanda 2006-2012-ci illərdə Xəyalə Nağıyeva məzun olduğu universitetin Xüsusi İstedadlar Qruplarında bank fəaliyyəti və korporativ maliyyə fənləri üzrə dərs deyib.

2009-cu ildən Xəyalə Nağıyeva öz fəaliyyətini “PAŞA Holdinq” MMC-də investisiyalar üzrə menecer vəzifəsində davam etdirib və burada investisiya qərarların qəbul edilməsi prosesinin təşkilində fəal iştirak edib. Xanım Nağıyeva bir çox investisiya layihəsi üzrə qərarların qəbul edilməsi və bu qərarlar çərçivəsində investisiya planlarının yerinə yetirilməsi üzrə aparıcı rol oynamışdır. O, 2013-cü ildə “PAŞA Holdinq”in “Yüksək Potensiallı Liderlik” proqramı çərçivəsində idarəedicilər üçün müxtəlif təlim və liderlik modullarında iştirak etmişdir.

Xanım Nağıyeva 2010-cu ildə “PAŞA Bank” ASC-nin Audit Komitəsinin üzvü təyin olunmuş, 2012-2014-cü illərdə Komitənin sədri kimi fəaliyyət göstərmişdir. 2015-ci ilin aprel ayından Xəyalə Nağıyeva Bankın kredit risklərinin qiymətləndirilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 3 sentyabr 2015-ci il tarixindən Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı, 1 mart 2018-ci il tarixindən isə İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısıdır.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər