6 C
Baku
Sunday, December 15, 2024

Tailand Azərbaycan neftini alan ikinci ən iri Asiya ölkəsinə çevrilib: 8 dəfə artım

Cənub-Şərqi Asiya ölkəsi Tailand 2024-cü ilin ilk yeddi ayında Azərbaycandan 376.88 min ton və ya təqribən 2.87 mln. barel həcmində xam neft almaqla öncəki ili xeyli üstələyib.

Banker.az rəsmi gömrük rəqəmlərinə istinadən xəbər verir ki, bu xam neftin dəyəri isə $234.24 mln. olub.

Tailand qeyd edilən rəqəmlə Hindistandan sonra ən iri xam neft alan Asiya ölkəsinə çevrilib (Dövlət Gömrük Komitəsinin statistikası). Hətta cari ildəki göstərici ilə illərdir ölkəmizdən ən çox neft alan Türkiyə, Yunanıstan, İspaniya və Fransanı da geridə qoyub.

Keçən ilin yanvar-iyul aylarında tankerlər Tailanda cəmi  48.69 min ton və ya $26.1 mln. dəyərində xam neft daşımışdır

Beləliklə, xam neftin həcmi illik müqayisədə cari il 8 dəfəyə yaxın, dəyərin həcmi isə 9 dəfə artmış olub.

Xam neftin həcminin dəyərdən daha kəskin artımına səbəb qiymətlərin öncəki ildən orta müqayisədə 16% baha olmasıdır. Azərbaycan 2022-ci ildə bir ton xam nefti Tailanda $536-a satdığı halda, cari ildə qiymətlər $621-in üzərinə qalxıb.

2023-cü ildə 71 milyon üzərində əhalisi olan Tailandın əsas neft tədarükçüsü müvafiq sıralama üzrə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və ABŞ-dir. Keçən il ümumilikdə Tailand xaricdən 58 milyon ton və ya 34 milyard dollar üzərində xam neft almışdı.

Azərbaycanın xam neftini alan ölkələr (2024, yanvar-iyul)
Ölkələr Miqdar, ton dəyər, min $
Cəmi    14,696,092.26    9,225,936.20
İtaliya      5,671,605.25    3,600,300.61
İsrail      1,830,177.70    1,123,251.15
Çexiya          941,737.86        597,150.36
Hindistan          894,129.59        568,773.53
Xorvatiya          866,671.81        547,257.38
Portuqaliya          640,089.12        404,303.28
Böyük Britaniya          650,115.40        390,895.78
Almaniya          530,165.50        348,302.49
Rumıniya          433,832.59        269,181.65
Tailand          376,876.12        234,238.66
Tunis          256,640.09        163,897.06
Türkiyə          265,401.01        147,739.53
Yunanıstan          228,237.47        144,806.06
İndoneziya          211,197.58        129,949.11
Niderland          168,985.69        106,838.99
Serbiya          158,383.41          98,354.90
İspaniya          166,327.26          96,479.12
Uruqvay          138,719.62          85,099.83
Polşa            90,150.50          57,363.56
Fransa            89,712.83          57,085.07
İrlandiya            86,042.67          54,233.98
Özbəkistan                  893.20                434.09
Son xəbərlər
Digər xəbərlər