10 C
Baku
Thursday, December 12, 2024

Tailand iyundan “rəqəmsal köçərilər” üçün 5 illik vizaların verilməsinə başlayır

Tailand 2024-cü ilin iyun ayından “rəqəmsal köçərilər” üçün beşillik vizaların verilməsinə başlayır. Qeyd edək ki, bu viza xaricilərə 180 gün müddətində ölkədə yaşamaq hüququ verir.

Dəyişikliklər 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək. Məqsəd turist axınını artırmaqdır, çünki dövlətin iqtisadiyyatı əsasən turizm sektorundan asılıdır.

“Destination Thailand Visa” (DTV) vizaları ixtisaslı xarici işçilərə, rəqəmsal köçərilərə, frilanserlərə və başqalarına veriləcək.

Viza həyat yoldaşı və 20 yaşdan kiçik uşaqlar üçün də alına bilər. “Khaosod” nəşrinin qeyd etdiyi kimi, maliyyə zəmanəti olaraq qaldığınız müddət ərzində hesabda ən azı 500 min bat olmalıdır.

Vizasız rejimin tətbiq olunduğu ölkələrin siyahısı 57-dən 93-ə qədər genişləndirilib. Buraya, məsələn, Qazaxıstan, Özbəkistan, Rusiya və Rumıniya daxildir. Maksimum qalma müddəti 30 gündən 60 günə qədər artırılıb.

2024-cü ilin yanvarından mayın sonuna qədər ölkəyə 14.3 milyon əcnəbi səfər edib. Daxil olanların sayına görə Rusiya Hindistanla üçüncü yeri bölüşür.

Son xəbərlər
Digər xəbərlər