10 C
Baku
Thursday, December 12, 2024

Tailandlı iş qadını “Dünya gözəli” müsabiqəsini 20 mln. dollara alıb

Tailandlı iş qadını və media maqnatı Enn Cakaponq Cakracutatip “Dünya gözəli” beynəlxalq gözəllik müsabiqəsinin yeni sahibi olub – o, layihənin təşkilatçısı “The Miss Universe Organization”u 20 milyon dollara alıb.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Enn Cakaponq Cakracutatip – genderini dəyişən insandır, hansıki bu kimi şəxslərin hüquqlarının müdafiəsi təşkilatı olan “Life Inspired For Thailand Foundation”un təsisçisi və “JKN Global Group”un media konqlomeratının icraçı direktorudur. Qeyd olunur ki, o, “Dünya gözəli” müsabiqəsinin ilk qadın sahibidir.

Enn Cakaponq Cakracutatipin sözlərinə görə, “The Mİss UNiverse” şirkəti “JKN Global Group”un portfelinə güclü strateji əlavə” olacaq. Konqlomerat Asiyada bu müsabiqəni populyarlaşdırmağı, həmçinin onun “Tailandın reputasiyasını və bütün dünyada şöhrətini yaratmaq üçün yumşaq güc” formatında inkişaf etdirməyi planlaşdırır.

“NYP”nin məlumatına görə, müsabiqə hər il 2 milyon dollar dəyərində itki verib. Mənbələrdən biri hesab edir ki, gəlirliliklə bağlı problemlər hələ 2020-ci ildə şirkət pandemiya səbəbindən müsabiqəni ləğv etmək məcburiyyətində qaldıqdan sonra başlayıb. Bu həmçinin “Dünya gözəli” şounun izləyici sayının azalması ilə əlaqələndirilir.

İlk “Dünya gözəli” müsabiqəsi 1952-ci ildə keçirilib. Hazırda müsabiqə 165 ölkədə yayımlanır. Ari Emanueldən əvvəl “Dünya gözəli” layihəsi milyarder və ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus olub.

Son xəbərlər
Digər xəbərlər