22 C
Baku
Monday, May 20, 2024

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün hansı addımı atmaq lazımdır?

Fiziki şəxsin uçotu haqqında ərizə

Taksi fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilir. Asif  Sabirabadda yaşayır. Asif sahibkarlıq fəaliyyətinə başladığı günədək yəni taksi sürməyə başlamamışdan əvvəl yaşayış yeri üzrə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alınır. Sabirabad isə 5 saylı Ərazi Vergilər İdarəsi (Şirvanda yerləşir) əhatə dairəsinə aid olduğu üçün, ərizəni  5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etməlidir. Uçota alınma respublika üzrə ödənişsiz həyata keçirilir. Asif vergi uçotunda durmaq üçün ərizə təqdim etdikdə heç bir ödəniş etməyəcək.  Bundan əlavə Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asif  Sabirabaddan Şirvana getməyə də bilər. Bunun üçün Sabirabadda yerləşən ASAN xidmətə yaxınlaşır orada qeydiyyata alınır. Əgər o Saatlıda yaşasaydı o halda orada ASAN Xidmət Mərkəzi olmadığından Saatlıda yerləşən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş terminala yaxınlaşıb uçotda dura biləcək.

 

Fərqlənmə nişanı“(vergi orqanın qeydinə mənim əlavələrim)

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

“Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir.

Eyni zamanda bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması  məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir.

Vergi

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətində taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 2.0 əmsal tətbiq etməklə, 9 manat aylıq vergi məbləğini ödəməlidir.

2021-ci ilə kimi digər və rayon və şəhər 

Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;

Abşeron, Sumqayıt, Gəncə  taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 1.5 əmsal tətbiq etməklə, 6.75 manat aylıq vergi məbləğini ödəməlidir.

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) – 1,0.

Sabirabad taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 1 əmsal tətbiq etməklə, 1 manat aylıq vergi məbləğini ödəməlidir.

DSMF

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir.

02.06.2020-ci ildən 01.01.2026-cı ilə kimi digər və rayon və şəhər 

Minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Abşeron, Sumqayıt, Gəncə  şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 1.5 əmsal tətbiq etməklə hər ay üçün 22,50 manat sosial sığorta haqqı ödəməlidir.

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında 1,0. Misal: Minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Sabirabad   rayonunda taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 1.0 əmsal tətbiq etməklə hər ay üçün 15  manat sosial sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 222-ci, 223-cü, 224-cü maddələri,”Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli  Qanunu, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının  8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Qanunu.

 

Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi

Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb. Məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcəkdir. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaqdır.

Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib https://fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə video-təlimat da hazırlanaraq sayta yerləşdirilib.
Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır.

Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaqdır.

Təlimat üçün video: https://www.youtube.com/watch?time_continue=196&v=k73cTnOwuKc&feature=emb_title

Onlayn qeydiyyatdan keçmək üçün lazım ola sənədlərin  skan(foto) nüsxəsi

Hüquqi şəxs

Təmsilçi

Vergi ödəyicisinin şəhadətnaməsi (VÖEN sənədinin) üz və arxa hissəsinin skan edilmiş şəkili

Dövlət reyesterindən çıxarış skan edilmiş şəkili

Nizamnamə skan edilmiş şəkili

Avtonəqliyyat vasitəsi

Fiziki şəxsdə olduğu kimi

Fiziki şəxs

Avtonəqliyyat vasitələri ilə bağlı sənədlər

Vergi ödəyicisinin şəhadətnaməsi (VÖEN sənədinin) üz və arxa hissəsinin skan edilmiş şəkili

Sürücülük vəsiqəsinin  üz və arxa hissəsinin skan edilmiş şəkili

Avtomobilin qeydiyyat şəhadətnaməsinin üz və arxa hissəsinin skan edilmiş şəkili

Qeydiyyatdan keçirmək istənilən avtomobilin şəkilləri:

  1. Xarici görünüşlə bağlı 4 şəkili (sağdan, qabaqdan, soldan və arxadan)
  2. Daxili görünüşlə bağlı 2 şəkil (ön hissəsi və arxa hissəsi)

Ödəniş qəbzi  ilə bağlı sənədlər

DSMF ödəniş qəbzi skan edilmiş şəkili

Fərqlənmə nişanın ödəniş qəbzinin  skan edilmiş şəkili

Fərqlənmə nişanı fiziki formada almaq üçün

Telefona gələn fərqlənmə nişanın seriya və nömrəsini xidmət göstərən əməkdaşa bildirməlidir

Sənədlərinin yoxlanışı üçün daha sonra qeydiyyatçı təqdim edir:

Vergi ödəyicisinin şəhadətnaməsinin orjinalını

Sürücülük vəsiqəsinin orjinalını

Avtomobilin sənədlərinin orjinalını

Ödəniş qəbzlərinin orjinalını

Yoxlanıldıqdan sonra fiziki olaraq (əlbə-əl) fərqlənmə nişanı təqdim olunur. 

Sağlamlıqla bağlı sənədlər

Onlayn təlimatda izah olunmayıb. Buna əsasəndə şəxs qeydiyyatdan keçən zaman sağlamlıqla bağlı hansı sənədlər tələb olunur onunla tanış ola bilər.

İqtisadçı – ekspert Rauf Qarayev.

Son xəbərlər
 ⁠
Digər xəbərlər