Taksi sifarişi xidməti olan “Gett” Rusiyada fəaliyyətini tamamilə dayandırıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, İsrail platforması həmçinin mobil tətbiqin dəstəyini dayandırıb.
Martın 1-dən şirkət yeni işçilərin işə götürülməsi prosesini dayandıraraq, komandasına maaş və bonusları vaxtından qabaq ödəyib. Martın 11-i məlum olub ki, “Gett” Rusiyadakı şöbəsini yenidən qurur. Qərar bir çox korporativ müştərinin Rusiyadan getməsi ilə əlaqədar qəbul edilib.