20 C
Baku
Saturday, May 25, 2024

Taleh Kazımov AYİB prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə görüş keçirib.

Banker.az xəbər verir ki, Taleh Kazımov bu barədə özünün “Twitter” hesabında bildirib.

“Bu gün AYİB prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər