1 C
Baku
Saturday, December 14, 2024

Taleh Kazımov Azərbaycanda maliyyə xidmətlərinin inkişafının əsas istiqamətlərini açıqlayıb

“Azərbaycanın maliyyə sektorunun 2026-cı ilə qədər inkişafı strategiyası çərçivəsində ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi gözlənilir”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bank və qeyri-bank təşkilatlarının maliyyələşdirilməsi strategiyasının yaradılması istiqamətində işlər aparılır: “Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə sekyuritizasiya layihəsi üzərində işləyirik”.

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi mexanizminin yaradılmasının zəruriliyindən danışan T.Kazımov digər strukturlar kimi, yerli kredit reytinqi agentliyinin də yaradılması planları barədə məlumat verib.

O, həmçinin ödəniş kartlarının və digər bank ödənişlərinin təhlükəsizliyinin yaxşılaşdırılması planlarını açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanda buraxılan bank kartlarının ümumi sayı, təxminən, 50 %, əməliyyatların sayı isə 2-3 dəfə artıb: “Bununla yanaşı, ölkədə nağdsız əməliyyatlar artıq 40 %-i ötüb”.

AMB-nin sədri maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasının vacibliyini qeyd edib: “Maliyyə xidmətləri sənayesinin innovativ sahəsi olan “Open Banking” yanaşmasını inkişaf etdirməliyik”.

 

 

Son xəbərlər
Digər xəbərlər