-3 C
Baku
Sunday, December 15, 2024

Taleh Kazımov: “Azərbaycanda sığorta sektoru son 3 ildə 34% böyüyüb”

Azərbaycanda son 3 ildə sığorta sektorunun aktivləri 34.2% artıb.

Bunu bu gün Bakıda keçirilən “Insurtech” zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

“O cümlədən, sektorun balans kapitalı 7.7% artıb. Bundan başqa, son 3 ildə ölkədə sığorta haqları 67.8% artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26.3% artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1% keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2%-ə çatdırmaq mümkündür”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər