2023-cü ilin 9 ayı ərzində internet bankçılıq vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 172 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirində deyib.
“Mobil bankçılıq vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi isə illik müqayisədə 2.4 dəfə artaraq 18.5 milyard manat təşkil edib. “Qapalı bankçılıqdan” “Açıq bankçılığa” daha sonra isə “Açıq Maliyyə Konsepsiyasına” keçidin reallaşdırılması AMB-nin əsas hədəfidir” – deyə AMB sədri əlavə edib.