“Bu ilin sonuna Azərbaycanın cari əməliyyatlar balansı (CƏB) üzrə qalığının ümumi daxili məhsuluna (ÜDM) nisbətinin 23%-i üstələyəcəyi gözlənilir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
“Bu ilin 9 ayında ölkənin xarici ticarət balansının saldosu 19.2 milyard ABŞ dolları olub. Təhlillər göstərir ki, bu il tədiyyə balansı baxımından əlverişli şərait olub. Təkcə 6 ayda CƏB üzrə qalıq ÜDM-nin 17.6%-i qədər təşkil edib”, – deyə o, qeyd edib.