Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028-ci illəri əhatə edən) əsas istiqamətlərini müzakirə edib
Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu gün Mərkəzi Bankda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və AMB ilə Dünya Bankının birgə həyata keçirdiyi texniki yardımların cari statusunu nəzərdən keçirdik”, – T. Kazımov qeyd edib.