6 C
Baku
Tuesday, December 24, 2024

Taleh Kazımov: “İcbari avtosığorta hovuzunun yaradılması yaxın gələcəkdə gözlənilmir”

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı “daxıl” sisteminə keçid yaxın gələcəkdə gözlənilmir.

Bunu ötən gün bir qrup sığorta agenti ilə keçirdiyi görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Mərkəzi Bank sədri qeyd edib ki, bu ilin mart ayının sonundan ona avtomobillərin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması ilə bağlı təkliflər olunub. O isə bazarın vəziyyətini analiz edərək təklifi qəbul etməyib. Taleh Kazımov həmçinin, sığorta bazarının gələcək fəaliyyətini agentlərsiz təsəvvür etmədiyini, bununla belə agentlərin fəaliyyətində yaranan nöqsanların da aradan qaldırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, “daxıl” sistemi, yəni sığorta hovuzu tətbiq edildiyi təqdirdə sığorta şirkətləri agent rolunda çıxış etməyə başlayacaqdılar. Bu sistemlə sığotaçılar topladıqları sığorta haqlarını “daxıl”a köçürür və “daxıl”dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə komisyon haqlar ödənilir. Yəni, sığorta şirkətinin funksiyasını “daxıl”, agentin funksiyasını isə sığorta şirkəti həyata keçirilir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunur. Belə olan halda isə sahə üzrə faəliyyət göstərən sığorta agentləri sıradan çıxarılır.

Bu sistem keçmiş requlyator Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dövründə, eyni zamanda dövrü olaraq avtomobillərin icbari sığortasında problemlər yarandığı zaman gündəmə gəlir. Sonuncu dəfə isə bu ilin mart ayında İcbari Sığorta Bürosunun nəzdində belə bir sığorta hovuzun yaradılacağı ilə bağlı sığorta bazarında məlumatlar yayılmışdı. Zərərliliyin artmasını və elektron sistemə keçidi əsas gətirən sığorta şirkətləri bu il aprel ayının 1-dən avtomobillərin icbari sığortası ilə üzrə sığorta agentləri ilə əməkdaşlıqdan imtina ilə bağlı onlara rəsmi məktub göndərmişdilər. Bu isə sığorta hovuzunun yaradılmasını daha da aktuallaşdırmışdı. Ekspertlərin fikrincə, İcbari Sığorta Bürosu və iri sığorta şirkətləri belə bir hovuzun yaradılmasında maraqlı idi. Amma sığorta agentlərinin məsələ ilə bağlı Mərkəzi Banka və digər aidiyyatı qurumlara müraciət etməsi, o cümlədən kiçik sığorta şirkətlərinin etirazları sığorta hovuzunun yaradılması planını arxa plana keçirdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər