27 C
Baku
Wednesday, July 24, 2024

Taleh Kazımov: iyulda Mərkəzi Bankın ABB-yə satdığı xarici valyuta bir aya geri dönüb

“Azərbaycan Mərkəzi Bankının bu ilin iyul ayında ABB valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə ona satdığı 236 milyon ABŞ dolları bir aya geri qaytarılıb”.

Banker.az xəbər verir ki, bunu keçirdiyi press-konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

“Bu banklar ötən dövrlərdən müəyyən çətinliklər qalmşdı, odur ki, onlara valyuta satışı ilə bağlı qərar verdik və geri qaytarılması üçün 2 ay vaxt müəyyən etdik. Onlar isə 1 aya valyuta mövqelərini tənzimlədilər və bizə satış etdilər”, – deyə AMB sədri bildirib.

Son xəbərlər
Digər xəbərlər