6 C
Baku
Saturday, December 14, 2024

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi – SƏRƏNCAM

Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında
ölkə başçısı Sərəncam imzalayıb.

“Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin” -deyə, Azərbaycan Prezidenti İlham Əliyevin 13 aprel 2022-ci il tarixli sərəncamında deyilir.

T.Kazımovun AMB-nin İdarə Heyətinin üzvi təyin edilməsi ilə bağlı Azərbaycan Prezidenti iki gün öncə Milli Məclisə təklif göndərmişdi. Ötən gün Mərkəzi Bank bunu təsdiqlədi.

Yeni baş bankir ötən gün açıqlamasında “mənə göstərilən etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

39 yaşlı bankir bundan öncə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri idi. O, həmin bankda 2007-ci ildən fəaliyyətə başlamış, 1 iyul 2015-ci il tarixindən bankın rəhbər postuna gətirilmişdi.

Kazımov ötən gün ölkə başçısı tərəfindən qoyulacaq tapşırıqları layiqincə, vaxtında və yüksək peşəkarlıqla yerinə yetirəcəyimə söz verdiyini bildirmişdi.

Azərbaycan Mərkəzi Bankının sədri vəzifəsini isə 1995-ci ildən bu tərəfə 69 yaşlı Elman Rüstəmov daşıyırdı. Son məlumata görə, E.Rüstəmov da işsiz qalmayıb və o Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər