23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan və Tacikistan mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib – Yenilənib

09:50

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “Twitter“ hesabında paylaşım edib.

“Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərini müzakirə etdik”, – paylaşımda bildirilib.

Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.


09:09

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Qazaxıstan və Tacikistan mərkəzi banklarının rəhbərləri ilə görüşlər keçirəcək.

Banker.az xəbər verir ki, bu barədə AMB sədri “Twitter”də yazıb.

“27 fevral–2 mart 2023-cü il tarixlərində Tacikistan və Qazaxıstan mərkəzi bankları, Qazaxıstan Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşlərin keçirilməsi məqsədilə işgüzar səfərə yola düşdük.”- o qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər