14 C
Baku
Sunday, November 24, 2024

Taleh Kazımov: Sabit məzənnə hazırki makroiqtisadi sabitlik üçün yeganə rejimdir

“Bizim əsas məqsədimiz məzənnə rejim ilə bağlı deyil”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov press-konfransda bildirib. O, bu barədə jurnalistin “tənzimləyici vəziyyətin hansı halında məzənnə rejiminin dəyişikliyinə gedə bilər” sualına cavab olaraq bildirib.

“Bizim mandatımız, əsas məqsədimiz makro-iqtisadi sabitliyin təmin edilməsidir. Bunun üçün hansı rejimi müvafiq görürüksə, o rejimdə də qalacağıq”.

AMB sədri qeyd edib ki, hal-hazırda, orta müddətli və uzun müddətli dövrdəki şəraitdə biz baxdıqda sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsində yeganə rejim kimi görürük.

Son xəbərlər
Digər xəbərlər