Bu il bizim üçün olduqca ələmatdar ildir. Bu gün dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişikləri ilə bağlı çağırışlarla üzləşib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu” adlı konfransda çıxışı zamanı deyib.
“Yaşıl kreditləşmə bizim strateji hədəflərimizdən biridir. Mərkəzi Bank olaraq şəffaflığa, hesabatlılığa daim önəm veririk”, – deyə T.Kazımov əlavə edib.