2 C
Baku
Saturday, December 14, 2024

Tam sığortalanmış əmanətə 20 min manat əvəzinə 140 manat düşdüyünü deyirlər

Azərbaycanda 69 yaşlı qadın “AGBank”ın əmanətçisidir. O bildirib ki, 10 ildir ki, bu bankın əmanətçisidir.

Banker.az-a qızı Leyla bildirir ki, anası “AGBank”dan 9% ilə tam sığortalanmış möhürlə əmanət müqaviləsi bağlafığı və  həmin zaman bank işçisindən dəfələrlə sığorta hadisəsi zamanı geri necə qaytarılacağı, eləcə də bütün qanundakı bəndlərin incələnib.

Əmanətçinin qızı deyir ki, 16 iyunda əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində seçilmiş “Azərbaycan Beynəlxalq Bankı”a gedərkən onlara, orada 20 000 manat əvəzinə 140 manat düşəcəyini qeyd ediblər. Həmin tarixdə də, onlar Əmanətlərin Sığortalanması Fonduna (ADIF) göndəriliblər.

ADIF-də həmin məlum -“bankın icazəsi olmadan əmanət qəbul edib” deyə, əmanətçinin aidiyyəti olmayan bir cavabla əmanətçiyə hesabın bloklandığını deyir.

“AGBank-ın bağlanmasını biz televiziyada xəbərlərdə gördük. Lakin, “AGBank”ın əmanət qəbuluna icazəsi olmadığını heç bir KİV-də deyilməyib. Bankın işçiləri bizə bunu bildirməyib. Anam həmişə gedib, bankdan əmanətin faizini həmişə gedib bankdan götürürdü – bank bağlananadək” – deyə, əmanətçinin qızı Leyla deyir.

Bildirək ki, biz Banker.az olaraq dəfələrlə ADIF-ə suallar yollayıb, zənglər etsək də cavab verilmir. Ümumiyyətlə bu qurumun, KİV-lə işləmə prinsipi bərbad saymaq olar. Çünki, indiyə qədər bu bankdan çıxan cavablar rəsmi, şablon və bir çox müştərinin başa düşmədiyi dildə press-relizlər tirajlamaqdan başqa bir açıqlamalar görünmür. ADIF-in “bank icazəsi olmadan əmanət qəbulu” istər ekspert, istərsə də əmanətçilər tərəfindən cəfəng bir iddia kimi qəbul edilir.

Sanki ADIF özü də bilmir nə edir. Məsələn, bir neçə bu tip şikayətlər daxil olur. Əksəriyyətinə ilk gündə 1 ay ərzində məhkəmə olacağını və yalnız bu yolla həll ediləcəyi bildirilsə də, sabahı müştəriyə səbr etməyi tövsiyyə etmişdilər. Hətta bəzi hallarda “gedin banka [bağlanan banka] şikayət edib deyiblər. Halbuki , bu bağlanan bankın ləğvedicisi elə ADIF özü təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər